09 iyul 2022 01:23
774

Haalandın forma nömrəsi ona verildi

Dortmund "Borussiy"sında 9 nömrəli formanın yeni sahibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, yeni transfer Sebastyan Haller bu nömrə ilə çıxış edəcək.

Bunan əvvəl komandanın "9 nömrə"si "Mançester Siti"yə keçən Erlinq Haaland idi.

Qeyd edək ki, Fil Dişi Sahilindən olan Haller "Ayaks"dan transfer edilib. 28 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.