Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının qərargahında rayon ərazisində yaşayan imkanı məhdud ailələrlə görüş keçirilib.
Təşkilatdan “İki sahil”ə verilən məlumata görə, tədbiri açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov sakinləri salamlayıb, görüşün müqəddəs Qurban bayramı ərəfəsində keçirildiyini vurğulayıb. Yerli təşkilatın sədri qeyd edib ki, YAP Nəsimi rayon təşkilatı belə bayramlarda, tarixi günlərdə imkansız, ehtiyacı olan ailələrlə maraqlanır, onlarla görüşlər keçirir və problemlərinin həllinə çalışır. Bugünkü tədbir də məhz bu qəbildəndir.
A.Süleymanov və Ərazi Partiya təşkilatının sədr müavini Pərviz Salehov tərəfindən bir qrup imkansız ailəyə bayram sovqatlarını təqdim edilib. Tədbirdə çıxış edən ailələr göstərilən qayğı və diqqətə görə başda Partiyanın sədri, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev olmaqla Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Partiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.