09 iyul 2022 11:29
698

Taleh Qaraşov növbəti səyyar qəbul-görüş keçirib

 Biləsər  Lənkəran rayonunu ən ucqar kəndidir.  Buranın təbiəti kimi insanları da saf və zəhmət sevərdilər.  Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü  bu ucqar dağ kəndi oldu.  Açıq havada baş tutan, icra hakimiyyəti aparatının məsul şəxslərin, hüquq-mühafizə orqanlarının rəhbərlərin,  yerli idarə və müəssisə nümayəndələrin qatıldığı tədbir Vətən uğrunda  şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilməklə  başlandı.

İcra başçısı öncə  şəhid ailələrin, Vətən müharibəsi iştirakçıların vəziyyətlərini  soruşdu və onlara lazımı olan köməkliyi göstərməkdən ötrü səlahiyyətli şəxslərə   müvafiq  göstəriş və tapşırıqlarını bildirdi.

 Vətəndaşlar qarşısında çıxışında”  Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, birbaşa dialoqun təşkili dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən məmurlar qarşısında qoyulan əsas tələbdir ” deyən  T.  Qaraşov  onu da vurğuladı ki, ölkədə əhalinin qayğı və problemlərinin həlli istiqamətində son dövrlər mütəmadi çoxsaylı addımlar atılır. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində  ölkə vətəndaşların həyat tərzi durmadan yaxşılaşır.

Daha sonra icra başçısı Biləsər kənində yaranan bir sıra problemləri tezliklə aradan qaldırmağa söz verdi.

 Kənd sakinləri də öz növbəsində çıxış edib hər zaman olduğu kimi qaldırılan bütün məsələlərin həllinə inandığını, eləcə  qlobal ərzaq qıtlığına baxmayaraq bunun gündəlik həyatda müşahidə olmadığı dedilər, bütün bunlara görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minnətdarlığını  bildirdilər.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü