Ölkə rəhbərin tapşırığına əsasən Yardımlı RİH başçısı Ayaz Əsgərov rayon əhalisinin vəziyyəti ilə yaxından tanış olmaq üçün növbəti səyyar qəbulunu Urakəran kənd tam orta məktəbində keçirtdi. İcra hakimiyyəti aparatının məsul şəxslərinin, idarə, müəssisə, xidmət sahələrinin rəhbərlərin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Kənd sakinləri qarşısında çıxış edən icra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasəti, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə barədə, əhalinin sosial müdafiəsinə və həyat tərzinin yüksəlməsinə yönəlmiş dövlət qərarları, eləcə də rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işləri haqqında danışdı.
Fərdi qaydada çıxış edən kənd sakinləri isə respublikada, rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərdən qazı qalmaqla ölkə başçısına minnətdarlığını bildirdilər, həm də kənd daxili yolların təmirinə, telefon və internet xətti ilə təminatına, Urakəran kənd tam orta məktəbinin mərkəzi istilik sisteminin qaz xəttinə qoşulmasına ehtiyac olduğunu dedilər.
İcra başçısı vətəndaşları narahat edən bir sıra məsələlərə aydınlıq gətirdi, müraciətlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verdi və onların icrasını nəzarətə götürdü.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü