Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının əməkdaşları tərəfindən Müqəddəs Qurban bayramı münasibətilə bir qrup qazilərimiz ziyarət edilmişlər.
“İki sahil” xəbər verir ki, ziyarət zamanı Vətən müharibəsində qazilərimizin döyüşlərdə göstərdikləri igidliklərdən bəhs edilmişdir. Bildirildi ki, Azərbaycanda milli-mənəvi həmrəyliyin rəmzi olan Qurban bayramı hər il böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd olunur.Dövlətimiz tərəfindəm qazilərimizə və müharibə veteranlarına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezidentimiz cənab İlham Əliyev mütəmadi olaraq onlarla görüşür, problemlərini dinləyir, yaşayış şəraitlərinin və maddi rifahlarının yaxşılaşdırılması ilə bağlı sərəncamlar verir.
Sonda qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.