09 iyul 2022 16:00
757

Ağstafada şəhid və qazi ailələrinə bayram sovqatları paylanılıb

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının əməkdaşlarının və Ərazi Partiya Təşkilatının nümayəndələrinin iştirakı ilə Ağstafa rayonunda Qurban bayramı münasibətilə şəhid və qazi ailələri ziyarət olunub, onlara bayram sovqatları təqdim edilib.

“İki sahil” xəbər verir ki, şəhid və qazi ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.