09 iyul 2022 13:55
845

Ceyhun Bayramov: İnanıram ki, sülh işimizdə də qalib olacağıq

İnanıram ki, müharibədə qalib çıxdığımız kimi, sülh işimizdə də qalib olacağıq.

"İki sahil" xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov iyulun 9-da Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin müşavirəsinin mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilən sessiyasında çıxışı zamanı deyib.