09 iyul 2022 19:03
712

Şəhid ailələri, qazilər və aztəminatlı ailələrə bayram sovqatı verilib

YAP Xocavənd rayon təşkilatı, Xocavənd rayon İcra Hakimiyyəti və “Cojep İnternational” şirkətinin birgə təşkilatşılğı ilə "Qurban bayramı" münasibətiylə əlaqədar olaraq, Xocavənd rayon üzrə şəhid ailələri, qazilər və aztəminatlı ailələr ziyarət edilib, bayram sovqatı verilib.

“İki sahil” xəbər verir ki, tədbir çərçivəsində 10 Şəhid ailəsi, 6 nəfər II Qarabağ müharibəsi qazisi, 134 aztəminatlı ailə ziyarət edilib, onların problemləri ilə yaxından maraqlanılıb, sonda qurban payları ailələrə çatdırılaraq bayramları təbrik edilib.