09 iyul 2022 19:43
892

Masallıda şəhid ailələri ziyarət edilib 

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, "Viləş" körpələr evi-uşaq bağçası və partiya fəallarının birgə təşəbbüsü ilə Qurban bayramı ilə əlaqədar Vətən müharibəsi Şəhidləri Həsənov Sübhan Rauf oğlu, Nefesov Murad Ocaqdurdu oğlu, Qasımov Cəbrail Baloğlan oğlu, Bağırov Namiq Nurəddin oğlu, Şahbazov Kənan Natiq oğlu, Əzizov Elvin Əfrail oğlu Akifzadə Elmir Gündüz oğlu, Nüsrətbəyli Ülvi Arif oğlu  və vətən müharibəsi qaziləri Qurbanov Nuru Şahin oğlu, Kərimov Ülvi Əkrəm oğlu, Mehtiyev Ülvi Nizami oğlu, Xəlilli Kamran Nazir oğlu, Qəzənfərli Talıb Cəmil oğlu, Bağırov Kəmaləddin Miri oğlu və Abbasov Nurlan Həsənəli oğlunun ailələrinə baş çəkmiş, Qurban bayram münasibəti ilə təbrik etmiş, onlara bayram sovqatı təqdim etmiş, və qayğıları ilə maraqlanmışlar.

“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyas Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, barələrində xoş təəssüratlarını bölüşüb, qazilərə Allahdan şəfa diləyib.

Seyfəddin Əliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Şəhid və qazi ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.