Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının fəalları Qurban bayramı münasibətilə sosial aksiya keçiriblər.
“İki sahil” xəbər verir ki, fəallar qaziləri və müharibə iştirakçılarını ziyarət ediblər. Onları Qurban bayramı münasibətilə təbrik edib və sovqat təqdim ediblər.
Ziyarət zamanı dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açılıb. Qazilər, müharibə iştirakçıları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.