09 iyul 2022 22:12
804

Ağdamda şəhid ailələri ziyarət edilib

Ağdam rayonunda Müqəddəs Qurban bayramı ilə əlaqədar şəhid ailələri ziyarət edilib.

“İki sahil” xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə şəhid ailələrinə, qazilərə, müharibə əlillərinə və aztəminatlı ailələrə bayram payı və ərzaq bağlamaları təqdim olunub.