09 iyul 2022 21:06
871

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 1 min 680 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 377, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, “buster” doza ilə peyvənd olunanların sayı 1 min 13, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 123 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 781 min 757, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 359 min 466, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 855 min 346 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 316 min 486, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 250 min 459 nəfərdir.