09 iyul 2022 23:45
834

Şəhid ailələri və qazilər ziyarət ediliblər

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının əməkdaşları Qurban bayramı münasibətilə sosial aksiya keçiriblər.

“İki sahil” xəbər verir ki, YAP Abşeron rayon təşkilatının əməkdaşları şəhid ailələrini və qaziləri ziyarət ediblər. Ziyarətçilər onları Qurban bayramı münasibətilə təbrik edib.

Ziyarət zamanı dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açılıb.

Şəhid ailələrinin üzvləri, qazilər öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.