10 iyul 2022 03:36
1035

Rahim Sterlinq “Çelsi”də

“Mançester Siti” futbol klubunun və İngiltərə millisinin yarımmüdafiəçisi Rahim Sterlinq karyerasını “Çelsi”də davam etdirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə idman jurnalisti Fabrisio Romano özünün sosial şəbəkə səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, “Çelsi” 27 yaşlı futbolçunun transferi üçün 45 milyon funt-sterlinq vəsait ödəyib.

“Çelsi” Rahim Sterlinqlə 5 illik müqavilə imzalayıb.