11 iyul 2022 01:41
1000

Ağdam rayonunda Şəhid ailələri və Qazilər ziyarət olunub

Ağdam rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə Müqəddəs Qurban Bayramı münasibətilə Heydər Əliyev Fondu tərəfindən göndərilən bağlamalar Şəhid ailələri və Qazilərə təqdim olunub.

“İki sahil” xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının müavini Xəqani Nəzərov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Samir Məmmədov rayon ərazisində yaşayan şəhid ailələrinin və qazilərin evlərinə gedərək onları Qurban bayramı münasibətilə təbrik etmiş, qayğıları və problemləri ilə maraqlanıblar.

Şəhid ailələri və qazilər də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.