11 iyul 2022 01:56
1059

Lerikdə şəhid ailələri ziyarət edilib

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəlimmədova,Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının əməkdaşı Rühəngiz Quliyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Lerik rayon ƏİN Ramal Məstiyev Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrini ziyarət edib, Qurban Bayramı münasibəti ilə bayram sovqatını ailələrə təqdim ediblər.

“İki sahil” xəbər verir ki, şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.