Müğənni Roza Zərgərli “özünü reklam edir” deyərək onu tənqid edənlərə cavab verib.
“İki sahil” xəbər verir ki, ifaçı bu barədə Xəzər TV-də yayımlanan “Səhər mərkəzi” verilişində danışıb.
“Roza Zərgərli heç zaman heç nə ilə reklam tutmayıb. Çünki onun adı brenddir”, - müğənni deyib.
“İstədiyim anda bu verilişdə elə bir reytinq yarada bilərəm ki, hər bir müğənninin canı üçün deyil. Təki qəlbiniz mənim qəlbim kimi, əməlləriniz əməlim kimi olsun. Mənim əməllərim pis də olsa, özüm cavabdehlik daşıyacam, siz yox. Ağıllı olun. Heç olmasa, etdiklərimin bir faizini edin, sonra daşqalaq etmək barədə düşünün”, - deyə Zərgərli əlavə edib.