Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət futbol yığma komandası Estoniyanın Vilyandi şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.
"İki sahil" xəbər verir ki, turnirin ikinci günündə qrup oyunlarında Belçikanı 4:0 və Macarıstanı 3:1 məğlub edən yığma komandamız divizionda birinci yerə çıxıb və finala vəsiqə qazanıb.
Final mərhələsində Litva yığma komandası ilə qarşılaşan xüsusi olimpiyaçılarımız 3:0 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıblar.
Atletimiz Nuray Əbilova U 15 və yeniyetmələrin Avropa birinciliyində 2 medal qazanıb