5-10 iyul tarixlərində Rusiya Federasiyasının hakim partiyası "Vahid Rusiya"nın təşkilatçılığı ilə Altay Respublikasında “Manjerok” beynəlxalq gənclər festivalı keçirilib.
“İki sahil” xəbər verir ki, festivalda Yeni Azərbaycan Partiyasını Gənclər Birliyinin sədr müavini, Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin aparıcı məsləhətçisi Fəsli Nəbiyev təmsil edib.
Azərbaycan, Belarus, Moldova, Tacikistan, Özbəkistan, Qazaxıstan, Monqolustan, Çin və digər ölkələrdən gənclərin bir araya gəldiyi festivalın əsas məqsədi Avrasiya ölkələrindən olan gənc liderlər arasında əlaqələr qurmaq və əməkdaşlığı inkişaf etdirmək olub. Festival çərçivəsində Rusiya Dövlət Dumasının nümayəndələrinin, ekspertlərin iştirakı ilə panel müzakirələri və debatlar təşkil olunub.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib
Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır