15 iyul 2022 12:15
1009

Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqənin nəticəsi komissiyanın rəyindən sonra açıqlanacaq

Aşıq Ələsgərin abidəsi ilə bağlı elan olunmuş müsabiqənin nəticələrinin nə zaman açıqlanacağı məlum olub.

“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nəticə müsabiqəyə təqdim olunmuş nümunələrə “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın iclasında baxıldıqdan sonra elan ediləcək.

Xatırladaq ki, Aşıq Ələsgərin Bakı şəhərində ucaldılacaq abidəsi ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş müsabiqə iyunun 30-da yekunlaşıb və nəticə bu gün açıqlanmalı idi.