15 iyul 2022 21:04
1063

Fatimə: Şou-biznesdə hamı bir-birinin arxasınca danışır

"Şou biznesdə hamı dilli-dilavər, bir-birinin üzünə gülüb, arxasınca danışanlardır. Yerinizi bilin". 

“İki sahil” xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Bağ havası" proqramında deyib. Sənətçi verilişə gələn zaman əlində mal dili alıb və kabab edəcəyini deyib. O, eyni zamanda şou-biznes nümayəndələrinə söz atıb. 

"Bunu almışam ki, dilli insanların dilini kəsim, dilim-dilim edim" deyə, Fatimə sözünü davam edib