Mədəniyyət naziri Anar Kərimov Milli Mətbuat Günü ilə əlaqədar jurnalistlərlə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə bir sıra media nümayəndəsi iştirak edib.
Nazir jurnalistləri təbrik edib və mətbuatın cəmiyyətdəki rolundan danışıb: "Mətbuatımız hər zaman ölkədə baş verən hadisələri operativ şəkildə işıqlandırıb. Rəqəmsal platformalar inkişaf etdikcə, mətbuat daha da güclənir. Vətən müharibəsi dövründə və ondan sonra davam edən informasiya savaşında da mətbuatın çox böyük rolu var. Mətbuat vasitəsi ilə Azərbaycana aid həqiqətlər, Qarabağdakı quruculuq və abadlıq işləri ölkə və beynəlxalq ictimaiyyətə təqdim edilir. Azad olunmuş ərazilərdə həyata keçirilən fəaliyyəti dünyaya çatdırırsınız. Bu prosesləri göstərməklə torpaqların əsl sahibi beynəlxalq aləmə çatdırılır. İnanırıq ki, mətbuat bundan sonra da dövlətə dəstək olacaq".
Sonda nazir jurnalistlərin suallarını cavablandırıb.
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər
Dilçilik İnstitutunun əməkdaşları Şəkidə keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər