19 iyul 2022 16:25
696

Günay: Xanımlarda potensial daha çoxdur 

"Hər kəsin öz dinləyicisi var. Zövqlər müxtəlifdir. Elə hal qalmayıb ki, bir adama qulaq assınlar. Baxıram ki, hər il zövqlər dəyişir".

“İki sahil” xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli "Sözbaz" proqramında deyib. Sənətçi xanım ifaçıların səhnədə daha şanslı olduğunu vurğulayıb: "Aygün Kazımovaya hər zaman tələbat olub, olacaq da.Rəsul Əfəndiyevi də xanımlar sevir. Xanımın kişi ifaçıdan fərqi bilirsiniz nədir? Xanımda potensial çoxdur: saçı, makiyajı, geyimi, aksesuarına fikir verirlər. Kişi bir dəstdə olur. Qadın saçını, obrazını dəyişir, adi qırmızı dodaq boyası vurur, onu izləyirlər".