23 iyul 2022 17:05
1091

Rəşad İsmayılov “Qatara” mədəniyyət şəhərciyinin baş direktoru ilə görüşüb

Azərbaycanın Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun Dohada yerləşən “Qatara” mədəniyyət şəhərciyinin baş direktoru Khalid Al-Sulayti ilə görüşündə iki dost ölkə arasında mədəni əlaqələrin perspektivləri müzakirə olunub.

"İki sahil" xəbər verir ki, görüşdə Azərbaycan ilə “Qatara” arasında əməkdaşlıq sahəsində yeni imkanlar, mədəniyyət sahəsində həyata keçiriləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, 2021-ci ilin sentyabrında “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi və “Qatara” Mədəniyyət Şəhərciyi Fondu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb, həmçinin 2021-ci il dekabrın 8-də “Qatara” mədəniyyət şəhərciyində Azərbaycan-Qətər dostluq əlaqələrini təcəssüm edən “Qardaşlıq” abidəsinin açılışı olub.