Türkiyəli məşhur yazıçı Rasim Özdənörən vəfat edib.
"İki sahil" Türkiyə mediasına istinadla xəbər verir ki, o, Ankara Universiteti Tibb Fakültəsi Xəstəxanasında 82 yaşında dünyasını dəyişib.
Rasim Özdənörən 1940-cı il mayın 20-da Türkiyənin Kahramanmaraş vilayətində anadan olub. O, 30-a yaxın kitabın müəllifidir. “Çarpılmışlar”, “Yaşadığımız günlər”, “Ədəbiyyat və həyat” kimi kitabları müəllifə məşhurluq gətirib.
Müəllifin “Kirli şüşələr” adlı kitabı Azərbaycanda “Adiloğlu” nəşriyyatında nəşr olunub.
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər
Dilçilik İnstitutunun əməkdaşları Şəkidə keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər