24 iyul 2022 09:55
1062

Conni Depp keçmiş arvadının böhtan şikayətinə cavab verdi

Hollivud ulduzları Conni Depp və keçmiş həyat yoldaşı Amber Hörd arasındakı məhkəmə prosesi bitmək bilmir.

“İki sahil” xəbər verir ki, aktrisanın ardından Depp də onun böhtan şikayətinə qarşı əks iddia qaldırıb.

Hörd məhkəmənin qərarı ilə razılaşsaydı, aktyor boşnama prosesindəki səkkiz milyon dollar borcunu bağışlamağa hazır idi. Lakin aktrisa məişət zorakılığı ilə bağlı qalmaqallı prosesi davam etdirmək qərarına gəlib.

Qeyd edək ki, dünən Hördün vəkilləri məhkəmənin qərarından apelyasiya şikayəti veriblər.

Xatırladaq ki, məhkəmə ərini zorakılıqda ittiham edən aktrisanın əleyhinə qərar çıxarıb və Depin böhtana məruz qaldığını qət edib.