26 iyul 2022 00:29
897

"Avroviziya" Britaniyada keçiriləcək

"Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin 2023-cü ildə Böyük Britaniyada keçirilməsi təsdiqlənib.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi məlumat yayıb. Bildirilib ki, Ukrayna birbaşa olaraq finalda iştirak edəcək.

Qeyd edək ki, bu il İtaliyanın Turin şəhərində baş tutan yarışmada Ukraynanı təmsil edən "Kaluş" qrupu "Stefaniya" mahnısı ilə birinci olub.