25 iyul 2022 22:58
971

"Aşk 101"dən sonra bu serialı seçdi

Türkiyəli aktrisa Alina Bozun yeni layihəsi bəlli olub.

“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Zengin kız" adlı yeni serialda rol alacaq. Ekran işi "Fox TV"də yayımlanacaq. Hələlik Alinanın tərəf müqabilinin kimliyi məlum deyil.

Qeyd edək ki, sonuncu dəfə "Aşk 101" serialında rol alıb.