Müğənniliklə yanaşı aktyorluq da edən Emre Altuğ ekranlara qayıdır.
"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Yalı Çapkını" serialında rol alacaq. Altuğ "Orhan" obrazına həyat verəcək.
Qeyd edək ki, baş rollarını Afra Saraçoğluyla Mərd Ramazan Dəmirin paylaşacağı ekran işi "Star" telekanalında yayımlanacaq.