“Руки вверх” qrupunun Estoniyaya girişi 5 il müddətinə qadağan edilib.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qərar ölkənin Daxili İşlər Nazirliyi tərəfindən bir gün əvvəl verilib.
Buna səbəb qrup üzvlərinin Krımı Rusiyaya birləşdirildikdən sonra ziyarət etməsi olub. Məlumatda Estoniyanın Ukraynaya dəstəyini davam etdirdiyi xatırlanıb.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Xalq artisti Filipp Kirkorov və müğənni Polina Qaqarinanın Estoniyaya girişinə 5 il müddətinə qadağa qoyulub.