27 iyul 2022 17:00
1199

“SOCAR Polymer” və “SOCAR Karbamid” zavodlarının istehsal həcmləri artıb - FOTO

SOCAR rəsmi “twitter” səhifəsində “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodlarının 2021-ci ildə istehsal həcmləri barədə paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd olunur ki, 2021-ci ildə “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodlarının ümumi istehsal həcmi müvafiq olaraq 44% və 197,3%, ixrac gəlirləri isə 152% və 11 dəfədən çox artıb.