29 iyul 2022 01:05
674

23 yaşlı reper güllələndi

Amerikalı "CeyDaYoungan" ləqəbi ilə tanınan Yavorius Taykis Skott adlı reper evinin qarşısında güllələnərək öldürülüb.

“İki sahil” xəbər verir ki, "TMZ" nəşrinin məlumatına görə, 23 yaşlı reper evinin yaxınlığında silahlı hücuma məruz qalıb. Bir neçə güllə yarası alan Skott ağır vəziyyətdə klinikalardan birinə yerləşdirilib. Lakin çoxlu qan itirən reperin həyatını xilas etmək mükün olmayıb.

Atışma zamanı reperin atasının da yaralandığı bildirilib. Lakin onun vəziyyəti ilə bağlı heç bir məlum verilməyib. Polis Skottun evinin yaxınlığında baş verən hadisədən bir saat sonra atışmanın təkrarlandığını, amma itki olmadığını bildirib.

Qeyd edək ki, reperin bir oğlu var.