29 iyul 2022 19:19
1264

SOCAR: Bir daha vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırıq FOTO

Artıq müəyyən müddətdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə edilərək maddi maraq qarşılığında 
hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, işə düzəltmə, investisiya yatırma imkanları və s. ilə bağlı müxtəlif təkliflər edilir. Müraciətlər əsasən, sosial media platformaları, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir.

“İki sahil” xəbər verir ki,  bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya Xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, bir daha qeyd etmək istərdik ki,  SOCAR-ın adından istifadə edərək dələduzluqla məşğul olan şəxslərin şirkətimizə heç bir aidiyyəti yoxdur. SOCAR onun adından istifadə edərək verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlarımızdan  sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini və həmin məlumatları press@socar.az  ünvanına göndərmələrini xahiş edirik. Bildiririk ki, SOCAR tərəfindən məsələ ilə bağlı hüquq-mühafizə  orqanlarına müraciət edilib. Həmçinin vətəndaşlarımızın dələduzluq  hallarının qurbanına çevrilməsinin qarşısını almaq məqsədilə media  resursları və SOCAR-ın sosial şəbəkə hesabları vasitəsilə mütəmadi olaraq  informasiyalar verilir. Məsələ ilə bağlı vətəndaşlar tərəfindən SOCAR-a  edilən müraciətlər də dərhal cavablandırılır və onlara bu kimi dələduzluq hallarına dair ətraflı məlumat verilir. Xatırladırıq ki, SOCAR-da işə qəbul şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir.  SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan vakant iş yerləri şirkətin elektron veb səhifəsinin (www.socar.az) “Karyera”  bölməsinin “İşə qəbul” hissəsində elan olunur. Müsabiqə qaydaları haqqında ətraflı məlumat həmin bölmədə yerləşdirilib.  Fürsətdən istifadə edərək, bir daha vətəndaşlarımızı bu məsələ ilə əlaqədar ehtiyatlı olmağa çağırırıq.