SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
“İki sahil” xəbər veri ki, növbəti həftə (01-05.08.2022 tarixləri) saat 11:00-da daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin 1-ci günü Salyan şəhərində (M.Ə.Rəsulzadə küçəsi 137, Mərkəzi Kitabxana), 2-ci günü Neftçala şəhərində (Heydər Əliyev prospekti 23, Heydər Əliyev Mərkəzinin qarşısı), 3-cü günü Şirvan şəhərində (İstiqlal prospekti 10, İcra Hakimiyyətinin yanı), 4-cü günü Hacıqabul şəhərində (İsmət Qayıbov küçəsi 14), 5-ci günü Sabirabad şəhərində (Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzi) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib