"Süni intellekt (Sİ) sistemlərindən istehsalat prosesində əməyin təhlükəsizliyinin gücləndirilməsi, səmərəliliyin artırılması, istehsalat xətalarının aradan qaldırılması və istehsalın düzgün proqnozlaşdırılmasında istifadə edilə bilər."

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın paylaşımında qeyd olunur.
Həmçinin oaylaşımda bildirilir ki, istehlakçılar Sİ sistemlərini tətbiq edərək enerji xərclərini azalda və real vaxtda məlumatları təhlil edərək effektiv qərarlar verə bilərlər: "Bu sahə üzrə innovativ yeniliklərinizi təqdim etmək və yeni üfüqlərin kəşfində iştirak üçün sizi Hakatona dəvət edirik."
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib