23 avqust 2022 14:46
1179

Ruslan Əliyev qaz təchizatındakı itkilərlə bağlı məsələyə aydınlıq gətirib VİDEO

“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev qaz təchizatındakı itkilərin artımı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

“İki sahil” xəbər verir ki,  o bu barədə sosial şəbəkədə canlı yayımda danışıb.

Ruslan Əliyev bildirib ki, hər ayın və hər rübün sonunda SOCAR “Azəriqaz” İstehsalat Birliyinin iqtisadi göstəriciləri mətbuata məlumat olaraq verilir:

“2021-22-ci ilin 7 aylıq itki fərqi ilə bağlı qeyd etmək istəyirəm ki, 85 milyon azalma baş verib. Faizlə götürdükdə isə bu rəqəm 2, 5 faiz itki deməkdir. Azalmanın səbəbi isə bizim apardığımız texniki işlərin nəticəsidir”.

Bununla bağlı videonu təqdim edirik: