“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı işğaldan azad olunan ərazilərin qazlaşması planında dəyişikliklər olunacağından danışıb.
"İki sahil" xəbər verir ki, baş direktorun sözlərinə görə, əvvəl planda rayonlar üzrə adlar salınsa da, ancaq indi prosesin bölgələr üzrə aparılması ilə bağlı dəyişikliklər edilir.
“Hazırda dəqiq deyə bilmərəm, Qarabağ bölgəsində qaz ilk hansı kəndə yaxud hansı şəhərə veriləcək. Ancaq planda Ağdam və Füzuli nəzərdə tutulsa da çox güman ki, o planda dəyişikliklər olacaq”, - Ruslan Əliyev qeyd edib.
Onun sözlərinə görə, planla qazlaşma işləri 2022-də başlamalı idi, lakin hələ ki “Azəriqaz” tərəfindən işğaldan azad olunan ərazilərdə fiziki işlər başlanılmayıb, ancaq layihələndirmə işləri aparılıb.
“İlkin növbədə yüksək təzyiqli magistral kəmər çəkilməlidir ki, ondan sonra pərakəndə satışı həyata keçirmək üçün digər kəmərlərin çəkilişini həyata keçirə bilək ”, - Ruslan Əliyev vurğulayıb.
Bundan başqa, R.Əliyev qeyd edib ki, sentyabrda 2023-cü il üçün yeni qazlaşma planı təsdiq olunacaq.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib