07 sentyabr 2022 15:29
607

SOCAR Ukraynada təcili tibbi yardım, Fövqəladə Hallar Dövlət Xidmətinin avtomobillərini 200 min tondan çox pulsuz yanacaqla təmin edib

“SOCAR Energy Ukraine” müharibə başlayandan bəri Ukraynada təcili tibbi yardım, Fövqəladə Hallar Dövlət Xidmətinin avtomobillərini 200 min tondan çox pulsuz yanacaqla təmin edib.

“İki sahil” xəbər verir ki,  bu barədə “SOCAR Energy Ukraine” şirkətindən məlumat verilib.

Məlumata görə, bu aksiya davam etdirilir, Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Dövlət Xidməti sifarişi olduğu halda, onlar pulsuz yanacaqla təmin edilirlər.

Müharibə başlayandan bəri “SOCAR Energy Ukraine”nin yanacaqdoldurma məntəqələrində dağıntı yoxdur. Xarkov vilayətində altı məntəqədən dördünün işi təhlükəsizliyə görə dayandırılıb. Digər yanacaqdoldurma məntəqələri işləyir.

Qeyd edək ki, hazırda Ukraynada “SOCAR Energy Ukraine”nın 57 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.