13 sentyabr 2022 11:45
791

İki rayonda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Tüklə-Ordahal” yüksəktəzyiqli magistral qaz kəmərinin korroziyaya uğramış hissəsində yaranmış qaz sızmasının qarşısının alınması ilə əlaqədar olaraq, sentyabrın 14-də saat 13:00-dan etibarən təmir işləri başa çatanadək “Lerik”, “Ordahal”, “Yardımlı” və “Əngəvül” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən "İki sahil"ə verilən məlumata görə, təmir işləri görülən müddətdə Yardımlı rayonunun (tam olaraq), Lerik rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.