Türkiyənin Rəqabət Komissiyası Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə müəssisəsi olan "SOCAR Türkiye" ilə BOTAŞ şirkəti arasında birgə müəssisə yaradılmasına razılıq verib.
"İki sahil" bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Bununla əlaqədar digər təfərrüatlar barədə məlumat verilməyib.
Qeyd edək ki, hər iki şirkətin birgə icra etdiyi ən vacib layihələrdən biri İğdır-Naxçıvan qaz xəttidir. Azərbaycan və Türkiyə bu qaz xətti ilə bağlı anlaşma memorandumunu 2020-ci il dekabrın 15-də imzalayıb.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib