“SOCAR PETROLEUM” QSC Prezident İlham Əliyevin ölkə iqtisadiyyatında, o cümlədən neft sektorunda apardığı uğurlu və səmərəli islahatların nəticəsi olaraq Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə fəaliyyətə başlayıb.
“İki sahil” xəbər verir ki, “SOCAR PETROLEUM” QSC-nin başlıca məqsədi keyfiyyətli xidməti təmin edən mütərəqqi texnologiya işləmələrinin tətbiqinə böyük sərmayələr yatırmaqla yanaşı, əhaliyə Avro-3 standartının tələblərinə uyğun neft məhsullarının satışını təşkil və təmin etməkdir.
Hazırda “SOCAR PETROLEUM” QSC-nin 42 yanacaqdoldurma mərkəzi (YDM) şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada sıxılmış təbii qaz (CNG) terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində də ölkədə liderdir.
Qeyd edək ki, “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər var.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib