16 sentyabr 2022 18:39
786

“Azəriqaz”: Səkkiz ayda 5412 müraciət daxil olub

“Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsi tərəfindən aparılan qeydiyyata əsasən, 8 ayda ümumi 5412 müraciət daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 1304 müraciətin azaldığı qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu sözləri Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev “Açıq qapı” aksiyası çərçivəsində keçirilən görüş zamanı deyib.

Onun sözlərinə görə, daxil olan müraciətlər əsasən, borcun hissə-hissə ödənilməsi, abonent kodunun addan-ada keçirilməsi, qaz xəttinin yerinin dəyişdirilməsi, fərdi evlərin qazlaşdırılması mövzularını əhatə edib.