“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev qazlaşdırılma işləri ilə yaxından maraqlanmaq məqsədilə Xaçmaz rayonuna səfər edib.
İB-dən "İki sahil"ə verilən məlumata görə, baş direktor Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Oruclu ilə birlikdə rayonun Maqsudkənd kəndində görülən işlərlə tanış olub. Birlik rəhbərinə məlumat verilib ki, küçə qaz xətlərinin çəkilməsi üçün layihə üzrə 20 kilometr uzunluğunda polad və polietilen borularla xəttin çəkilməsi nəzərdə tutulub və artıq işlər tamamlanmaq üzrədir.
“Azəriqaz” rəhbəri səfər çərçivəsində Birlik əməkdaşlarının iş şəraiti, onların qayğıları ilə yaxından maraqlanıb, bir qrupunu isə faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri fərman və hədiyyə ilə mükafatlandırıb.
Ruslan Əliyev Şabran rayonunun Ərəblər kəndinin küçə qaz xətlərinin çəkilməsi işləri ilə də tanış olub, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ilə birgə kəndə baxış keçiriblər.
Qazlaşdırılma işləri üçün uzunluğu 5545 metr olan polad və polietilen borulardan istifadə olunduğu və son olaraq boya işlərinin görüldüyü diqqətə çatdırılıb.
Baş direktor Birlik əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirərək, onlara təşəkkür edib. Bu ünvanda da bir qrup əməkdaş Fəxri fərman və hədiyyə ilə mükafatlandırılıb.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib