20 sentyabr 2022 19:44
1415

SOCAR-ın prezidenti Rövşən Nəcəf paylaşım edib FOTO

SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında paylaşım edib.

"İki sahil" həmin paylaşımı təqdim edir: Neftçilər Günü münasibətilə Azərbaycan Respublikasının iqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, SOCAR-ın Müşahidə Şurasının üzvü və Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və SOCAR əməkdaşları ilə birlikdə Fəxri xiyabanı ziyarət edərək ölkəmizin yeni neft strategiyasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.