SOCAR-ın prezidenti Rövşən Nəcəf “SOCAR Könüllüləri” qrupunun üzvlərini təbrik edib.
“İki sahil” xəbər verir ki, SOCAR-ın prezidenti bununla bağlı paylaşım edib:
“Azərbaycan Respublikası Prezidentinin gənclərin təcrübə qazanmaları üçün həm dövlət qurumlarına, həm də özəl sektora könüllü kimi cəlb olunmaları ilə bağlı tapşırığını rəhbər tutaraq, "SOCAR Media"nın nəzdində “SOCAR Könüllüləri” qrupu yaradılıb. 6 ali təhsil müəssisəsindən tələbələrin bir araya gəldiyi “SOCAR Könüllüləri” qrupuna fəaliyyətlərində uğurlar arzu edirəm.”
Qeyd edək ki, “SOCAR Könüllüləri” qrupunun üzvləri ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetindən olan tələbələrdir.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib