Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2022-ci il sentyabrın 21-də İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.
SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətindən “İki sahil”ə verilən məlumata görə, görüşdə Azərbaycan-İsrail iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib və iki ölkə arasında neft-qaz sektorunda səmərəli əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Görüş zamanı xam neft və neft məhsullarının ticarəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib