İtaliya Respublikasının Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendinonun dəvəti ilə Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov Venesiya şəhərində keçirilən 13-cü Trans-Regional Dəniz Gücü Simpoziumunda iştirak etmək məqsədilə İtaliyaya rəsmi səfər edib.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, 44 ölkənin HDQ komandanları və 18 mühüm dəniz təşkilatarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əsas məqsəd dəniz nəqliyyatında təhlükəsizliyin təmin olunması üzrə müzakirələrin aparılmasıdır.
Beynəlxalq simpozium oktyabrın 7-dək davam edəcək.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar