Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının (WSF) 12-ci dünya çempionatında iştirak edən Azərbaycan karateçiləri 14 qızıl, 7 gümüş və 3 bürünc medal qazanıb. Yarış 31 ölkədən 1804 karateçi arasında Dünya Karate Federasiyası (WKF), həmçinin Şobu ippon, Şobu sanbon qaydaları və açıq çəki dərəcəsi üzrə keçirilib.
“İki sahil” xəbər verir ki, uğur qazanan idmançılar arasında SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Hmühafizəsi üzrə Təlim Mərkəzinin müdir müavini Emil Xasiyev də var.
Yarışlara qatılan E.Xasiyev biri gümüş, üçü bürünc olmaqla ümumilikdə 4 medal qazanıb.
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəhbərliyi və kollektivi əməkdaşını bu münasibətlə təbrik edir, gələcək yarışlarda da uğurlar, qələbələr arzulayır.