"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.
“İki sahil” xəbər verir ki, Azərbaycan klubu növbəti mərhələdə Niderlandın "Tvente" komandası ilə qarşılaşacaq.
Ensxede təmsilçisi III təsnifat mərhələsində Slovakiyanın "Dunayska Streda" kollektivini mübarizədən kənarlaşdırıb. Evdəki ilk matçda rəqibini 6 cavabsız qolla üstələyən Niderland klubu cavab görüşündə 2:3 hesabı ilə uduzsa da, mərhələni adlayıb.
Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də təşkil olunacaq.