07 oktyabr 2022 16:47
792

Birliyin baş direktorunun Salyan və Neftçala sakinləri ilə görüşü olacaq

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Salyan rayonunda vətəndaş qəbulu keçiriləcək.

“İki sahil” xəbər verir ki, 10 oktyabr saat 11:00-da Salyan şəhəri, Heydər Əliyev Mərkəzində (T.Xəlilbəyli küçəsi 126) baş tutacaq görüş zamanı Salyan və Neftçala  sakinlərinin müraciətləri dinləniləcək. Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinə (tel: 021 25 5 43 59) müraciət edə bilərlər.